Qadın sahibkarların 32,7 faizi regionlarda çalışır | Banco.az

Qadın sahibkarların 32,7 faizi regionlarda çalışır

2019-cu il iyulun 1-i vəziyyətinə Azərbaycanda sahibkar qadınların 32,8 faizi Bakıda, 17,1 faizi Aran, 16,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.

Azərbayan Sahibkarlar Konfederasiyasının məlumatına görə, fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda, eləcə də Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır. Fərdi sahibkarların 78,4 faizini kişilər, 21,6 faizini isə qadınlar təşkil edir. Qadınlar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti növündə mövcud sahibkarların ümumi sayının 27,2 faizini, digər sahələr üzrə xidmətlərin göstərilməsində 25,4 faizini, ticarət və nəqliyyat vasitələrinin təmirində isə 20,7 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib.

​Vergiler.az