Qadın rəhbərlərin kişi həmkarlarından üstünlüyü nədir? | Banco.az

Qadın rəhbərlərin kişi həmkarlarından üstünlüyü nədir?

Peakon analitik agentliyi 43 ölkədən olan 60 min əməkdaş arasında sorğu keçirib. Qadın rəhbərlərin idarə etdiyi şirkətlərin kişilərin idarə etdiklərindən nə ilə seçildiyini aydınlaşdırıb. 

Məlum olub ki, rəhbəri qadın olan şirkətlərin əməkdaşları iş yeri və şirkətin məhsulları ilə öz aralarında daha yaxın əlaqə hiss edirlər. Belə şirkətlərin işçiləri yuxarı rəhbərliyin qurduğu strategiyalara daha böyük inam nümayiş etdirir. 

Həmçinin oxu: "İşləyən anaların uşaqları daha uğurlu və qayğıkeşdir" – ARAŞDIRMA

Belə müəssisələr öz işçilərinə daha yaxşı davranır. Respondentlərin bir hissəsi hesab edir ki, işlədiyi təşkilatın yuxarı rəhbərliyi əməkdaşlarını öz məqsəd və strategiyaları barədə yaxşı məlumatlandırır. Həmin respondentlərin böyük qismi qadın liderin rəhbərliyi altında çalışır. 

10 ballıq şkalayla götürsək, zərif cinsin nümayəndələrinin idarə etdiyi şirkətlərin işçilərinin təşkilatın məqsəd və missiyasına böyük həvəslə yanaşması 8 balla qiymətləndirilir. Məhz onlar öz məhsullarına və ya xidmətlərinə daha çox inanırlar, çevrələrinə tövsiyə edirlər. Kişi rəhbərlərin şirkətlərində isə həvəslənmə əmsalı sıfırdan aşağıdır. 

Qadınların idarə etdikləri şirkətlərdə işçilərin məmnunluğu da yüksək səviyyədədir ki, bu da fəal və effektiv əməkdaşın vacib xüsusiyyətidir. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: “Amazon”un 4%-ni almış Makkenzi Bezos əslində kimdir?

Daha əvvəl Inc. yazmışdı ki, qadın müdiri olan şirkətlərin dəyəri daha yüksək qiymətləndirilir. Araşdırmalar nəticəsində aydın olub ki, kişi rəhbərin yerinə qadın baş direktor təyin olunduqdan sonra 2 il ərzində şirkət səhmlərinin dəyəri orta hesabla 20% artıb. 

Nigar Umaxanlı, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et