ABŞ-ın Kaliforniya ştatında, açıq səhmdar cəmiyyəti (ASC) olan şirkətlərin idarə heyətində qadın rəhbərin olması məcburi olub. Bu barədə qanun dünən qüvvəyə minib.
Qanunun yüzlərlə şirkəti təsir göstərəcəyi qeyd olunur. Çünki Kaliforniyada yerləşən ASC şirkətlərin dörddə birinin idarə heyətlərində qadın rəhbər yoxdur.
Qanuna riayət etməyən şirkətlər isə ilk dəfə 100.000 dollar, qanuna 2-ci dəfə əməl etməmələri halında isə 300.000 dollar cərimə ödəyəcək.
Norveç və Fransa daxil, bəzi Avropa ölkələrində isə şirkətlərin idarə heyətlərində qadın kvotası hazırda qüvvədədir.
Marja.az