“PWC” saxta auditə görə Çində 62 milyon dollar cərimələnib | Banco.az

“PWC” saxta auditə görə Çində 62 milyon dollar cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Çin hakimiyyəti beynəlxalq audit şirkəti “Price Waterhouse Coopers”in (PWC)  ölkədə fəaliyyətini altı ay müddətinə qadağan edib və şirkətə ümumilikdə 441 milyon yuan (62 milyon dollar) məbləğində cərimə kəsib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

İdarənin saytında qeyd edildiyi kimi, söhbət böyük Çin daşınmaz əmlak şirkəti “Evergrande Group”un “maliyyə hesabatlarında ciddi təhriflərdən” gedir.
PWC pozuntuları göstərmədiyinə görə, cərimədən əlavə, Çin hökuməti Quançjoudakı filialının fəaliyyətini 6 ay müddətinə donduracaq.

“Biz maliyyə və mühasibat nəzarəti sahəsində səyləri gücləndirəcəyik, maliyyə fırıldaqlarının və audit saxtakarlığının qarşısını alacaq, sosial ədalətin qorunmasına güclü dəstək verəcəyik”, - deyə bəyanatda vurğulanır.

Ən sərfəli krediti almaq üçün müraciət et