Qlobal iqtisadiyyat 2020-ci ildə yavaşlayacaq və alıcılıq qabiliyyəti paritetinin artımı XXI əsr üçün uzunmüddətli perspektivdə 3,8% təşkil edirdisə, bu il 3,4% olacaq.
Bu proqnozu "PricewaterhouseCoopers" (PwC) konsaltinq və audit şirkətinin analitikləri verib.
Analitiklərin fikrincə, qlobal iqtisadi artım və inteqrasiya davam etsə də, templər yavaşlayır.
Digər vacib amillərə arasında şirkətin ekspertləri 2020-ci ildə dünyanın aparıcı iqtisadiyyatlarında (G7 və E7) iş yerlərinin və yaşlı nəslin artmasını qeyd ediblər. Onların proqnozlarına görə, bu il dünyada 60 yaşdan yuxarı 1 milyard insan yaşayacaq və bu, tarixi bir rekorddur.
APA