Putinin çıxışı ilə buğdanın qiyməti qalxdı | Banco.az

Putinin çıxışı ilə buğdanın qiyməti qalxdı

Tamara Mustafayeva, Banco.az

Vladimir Putinin Ukrayna taxıl müqaviləsini tənqid etməsindən sonra buğda fyuçerslərinin qiymətləri sürətlə artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizini tənqid edən sözlərindən sonra buğdanın qiyməti 4 faizdən çox artıb. Putin iyulda imzalanan taxıl dəhlizi müqaviləsi çərçivəsində həyata keçirilən yüklərin böyük hissəsinin Avropaya getdiyini, buna görə də aşağı gəlirli ölkələrin müqavilədən faydalana bilməyəcəyini bildirib.

Prezidentin bu sözlərindən sonra Çikaqo buğda fyuçersləri gün ərzində verdiklər itkiləri bərpa etməklə bir buşeli 4,5%-ə qədər bahalaşıb. Bununla da, 8,5375 dollara qalxan fyuçers qiyməti iyun ayının ortalarında qeydə alınan pik həddə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et