Putin valyuta bazarını sakitləşdirə bilmədi | Banco.az

Putin valyuta bazarını sakitləşdirə bilmədi

Rusiya valyutası – Prezident Vladimir Putinin hər il keçirilən mətbuat konfransındakı ənənəvi çıxışı başlayandan sonra  Moskva birjasında şiddətlə ucuzlaşmağa başladı.

Prezidentin rublun yenidən öz əvvəlki mövqeyini geri qaytaracığına ümid bəslədiyi fikrini açıqlaması ilə, xarici valyutaların məzənnəsi yenidən yuxarı doğru irəlilədi.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya vaxtı ilə saat 12:00-da  dollar 4,75 rubl yüksələrək, 63,7 rubla çatdı, avronun kursu isə eyni müddət ərzində 5,7 rubl sıçrayış edərək, 78,68 rubla yüksəldi. Hazırda Avropa valyutası 75 rubl civarından, dollar isə 60,9 rubl civarında satılır.  

Rusiya Mərkəzi Bankı tərəfindən 18 dekabr tarixinə müəyyən edilmiş rəsmi məzənnə isə belədir: 1 avro - 84,589 rubl və 1 dollar 67,785 rubl