Putin: "Rusiya "üzən məzənnə"dən imtina etməyəcək" | Banco.az

Putin: "Rusiya "üzən məzənnə"dən imtina etməyəcək"

Rusiya hökuməti milli valyuta - rublun "üzən məzənnə" rejimindən çıxarılmasına hazırlaşmır. 

TASS agentliyinə istinadən xəbər verilir ki, bu açıqlamanı ölkə Prezidenti Vladimir Putin verib.

"Rublun məzənnəsinin sabitliyi əsas məsələlərdən biridir. Hətta əsas məsələ önəmli və həssas olsa da, bu, məzənnə deyil. Vacib olan rublun məzənnəsinin sabitliyinin "üzən məzənnə" rejimində qorunmasıdır. Biz bu məzənnə rejimindən imtina etməyəcəyik. Bu, hamıya aydın olsun", - deyə dövlət başçısı vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

RİA "Novosti" agentliyinə əsasən, bununla yanaşı, V.Putin qeyd edib ki, hökumət rublun məzənnəsinə bazar şərtlərinin təsir imkanları axtarır. 

Xatırladaq ki, aprelin 4-də çıxışında Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina da rusiyalılara "üzən məzənə" rejimində yaşamağa öyrəşməyi tövsiyyə edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et