Putin əməkhaqqısının azaldılması üçün fərman imzalayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Putin əməkhaqqısının azaldılması üçün fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın müddətini daha bir il uzadıb.

"Report" RBK-ya istinadən xəbər verir ki, qanuna uyğun olaraq, dövlət başçısının, baş nazirin, onun müavinlərinin və nazirlərin, eləcə də baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin əmək haqqı 10% azaldılıb.

Sənədə əsasən, yüksək vəzifəli rəsmilərin əmək haqlarının azaldılması barədə sərəncamın qüvvədə olma müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.

Eyni zamanda Prezident Administrasiyası, Hesablama Palatası və hökumət aparatının bir sıra əməkdaşlarının məmur maaşlarının 10% azaldılması barədə normanın qüvvədə olma müddəti artırılıb.