Putin "Citigroup"un bank satışına icazə verib | Banco.az

Putin "Citigroup"un bank satışına icazə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Prezidenti Vladimir Putin “Citigroup”un ölkə daxilindəki bankını Rusiya şirkəti olan “Renaissance Capital”a satmasına icazə verib.

Banco.az xəbər verir ki, hökumət çərşənbə günü bu satışa icazə verən imzalanmış prezident fərmanını yayıb. Fərmanda satışla bağlı əlavə məlumat yer almır.

“Citigroup” 2022-ci ilin avqustunda Rusiyanın Ukraynaya hücumundan sonra bankı sata bilmədiyi üçün fəaliyyətini dayandırmışdı.

“Citigroup”un sözçüsü Rusiya Prezident Administrasiyasından gələn məlumatı təsdiqləyib. “Renaissance Capital”ın nümayəndəsi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram