“Puma”nın xalis mənfəəti 3% azalıb | Banco.az

“Puma”nın xalis mənfəəti 3% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Alman idman malları istehsalçısı “Puma” bu ilin üçüncü rübündə xalis mənfəətini bir il əvvəlki 131,7 milyon avrodan - 127,8 milyon avroya qədər azaldıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

“Puma”nın gəliri 0,1% azalaraq 2,308 milyard avroya düşüb, lakin valyuta məzənnələrindəki dəyişiklikləri nəzərə almasaq, bu rəqəm 5% artıb.

Amerika qitəsində satışlar 872,2 milyon (valyuta məzənnəsinin dəyişməsi nəzərə alınmaqla 11,4% artım), Avropa, Yaxın Şərq və Afrikada isə 1,006 milyard avro (0,8% artım) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ayaqqabı satışı 9,3% (1,24 milyon avroya qədər), aksessuar şatışı 2,9% (304 milyon avroya qədər) artıb, geyim satışı isə 0,7% (764 milyon avroya qədər) azalıb.

Şirkət 620-670 milyon avro diapazonunda valyuta dəyişmələri və EBIT istisna olmaqla, satışların 4-6% artımını nəzərdə tutan 2024-cü il üçün proqnozunu təsdiqləyib.

Qeyd edək ki, ilin əvvəlindən “Puma”nın kapitallaşması 6,3 milyard avroya qədər (demək olar ki 21%) azalıb.