Pulun xoşbəxtlik gətirdiyi təsdiq edildi | Banco.az

Pulun xoşbəxtlik gətirdiyi təsdiq edildi

Tamara Mustafayeva, Banco.az

"Pulla xoşbəxtliyi satın almaq mümkün deyil" düşüncəsi əsrlərdir ki, bütün cəmiyyətlərdə mövcuddur. Ancaq iqtisadçılar müasir araşdırma üsullarının yaranmasından bəri mövzu üzrə fərqli nəticələr əldə edirlər. 

Bu dəfə də Amerikada həyata keçirilən bir araşdırma zamanı illik gəlirlə psixoloji vəziyyət arasındakı tarazlıq ölçülüb. Nəticələrə görə, il ərzində 85 min dollardan çox gəlir əldə edən insanlar digərlərinə nəzərən daha az depressiya və narahatlıq yaşayırlar.

Xatırladaq ki, 1947-cü ildə Amerikalı iqtisadçı Riçard İsterlin (Richard Easterlin) apardığı araşdırmaların birinin nəticəsində belə qənaətə gəlmişdi ki, adambaşına düşən milli gəlirin həcminin artması daha yüksək xoşbəxtlik nisbəti yaratmır. Odur ki, bu ideyanın geniş yayılması ilə mövzu üzrə illər boyunca bir çox mübahisəli fikir formalaşmışdır. Ancaq son illərdə həyata keçirilən araşdırmalar isə bu ideyanın doğru olmadığını göstərir.

Gəlir səviyyəsi artdıqca stress və mənfi düşüncə yükü də azalır

Yuxarıda qeyd edilən araşdırmanı həyata keçirən mütəxəssislərdən birinin fikrinə görə, nəticələr pulla xoşbəxtlik almağın mümkünlüyünü ortaya çıxarır. 

Ən sərfəli kredit üçün müraciət et

"Hazırki dövrdə iqtisadi gəlir insanların öz gələcək həyatlarını zəmanət altına almağına və sosial əhatədə nüfuz qazanmağına gətirib çıxarır. Maddi vəziyyəti qənaətbəxş olmayan insanlar yaxşı ailə və dost mühitinə sahib olsalar da, stress və narahatlıqdan yaxa qurtara bilmirlər."

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et