Pulun ön planda olduğu izləməyə dəyər 7 film | Banco.az

Pulun ön planda olduğu izləməyə dəyər 7 film

Bank soyğunları, birja cöküşləri və müvəffəqiyyət hekayələri kimi fərqli mövzuları işləyən, ancaq əsil mövzuları pul olan filmləri topladıq.

Hər dövrün ən əsas mövsusu puldur, biz hər gün pul qazanmaq üçün çalışırıq. Bəzilərimiz pul qazanmaq üçün riskə gedir, bəzilərimiz isə bundan qorxuruq. Film dünyasında da bu mövzulu filmlər az deyil.

İqtisadiyyat, maliyyə bazarları, birja, maliyyə böhranları ilə maraqlanırsınızsa sadaladığımız filmlər sizin üçün ideal seçimdir.

Danışdığımız 7 film aşağıdakılardır:

 

1. THE BİG SHORT – 2015

Pulun və maliyyənin əsas mövzusu olduğu, deyərdim ki, ən müvəffəqiyyətli filmlərdən biri də “The Big Short” (Böyük Əskik) filmidir. Baş rollarında Steve Carell, Christian Bale, Ryan Gosling ve Brad Pitt kimi tanınmış simaların çəkildiyi bu filmdə 2008-ci il ABŞ-ın hipoteka bazarında yaranan böyük çöküşdən bəhs edilir, hansı ki, sonrasında bütün dünyanı əhatə edən böyük maliyyə böhranına səbəb oldu. Bütün hadisələr yüksək məharətlə izah olunur. Əgər siz 2008-2012-ci illərdə baş verən maliyyə böhranının yaranma səbəbini bilmirsinizsə bu filmi mütləq izləməlisiniz!

Bəli, pulun əsas mövzu olduğunu demişdik. Filmdə bir sira uzaqgörən maliyyəçilər baş verə biləcək böhranı öncədən analiz edərək bu böhranı özləri üçün avantaja çevirdilər və ağıllı təhlil onlara milyardlar qazandı.

 

2. THE WOLF OF WALL STREET – 2013

Rejissor Martin Scorsese ilə Leonardo DiCaprio'nu beşinci dəfə bir araya gətirən “The Wolf of Wall Street” (Wall Street1 canavarları) filmidir.

Filmdə pul qazanma hərisliyi gözlərini kor etmiş Jordan Belfort'un birjada gördüyü boşluğu bağışlamadan böyük fürsətə çevirməsi və milyonlar qazanması bəyaz pərdəyə daşınır. Bu film maliyyə bazarını anlamaq, yaranan fürsətləri doğru dəyərləndirmək, pul qazanmaq üçün yüksək motivasiya, birja oyunları və bu kimi şeylərdən bəhs olunur. Baş rolunda DiCaprio-nun oynadığı filmdə Margot Robbie, Jonah Hill, Matthew McConaughey, Kyle Chandler Jon Favreau kimi aktyor və aktrisalar çəkilmişdir.

 

 3. ASSAULT ON WALL STREET – 2012

Aksiyon səhnələri ilə adından söz etdirən pul mövzulu filmlərdən bir digəri də “Assault on Wall Street”-dir (Wall Street-e hücum). Uwe Boll'un ssenarisini yazıb rejissorluğunu etdiyi bu film, xoşbəxt bir ailə həyatı olan Jim'in maliyyə problemləri, iqtisadi böhran ve həyat yoldaşını itirməsinin ardından onu bu vəziyyətə gətirənlərdən intiqam almasından bəhs edir. Filmin baş rolunda Dominic Purcell yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

 

4. MONEYBALL – 2011

Steven Zaillian və Aaron Sorkin tərəfindən ssenarisi yazılan Bennet Miller tərəfindən rejissorluğu edilən filmdə Brat Pitt, Jonah Hill, Philip Seymour Hoffman, Robin Wright kimi adlar yer alıb. Michael Lewis'in "Moneyball: The Art of Winning a Unfair Game" (Pultopu: Ədalətsiz oyunu qazanmaq sənəti) adlı əsərindən adapte edilən film,  hər nə qədər beyzbol yönümlü olaraq görünsə də maliyyə baxımından dəyərli filmlərdən biridir.

 

5. CAPİTALİSM: A LOVE STORY – 2009

Kapitalizmi bir sevgi hekayəsinə əks etdirməyi bacaran Michael Moore, “Capitalizm: A love story” (Kapitalizm: Sevgi hekayəsi) filmində iqtisadi böhrandan bəhs edir. Bu film də 2008-ci ildə baş verən maliyyə böhranının  haradan gəldiyini və nədən yarandığını bəhs edir.

 

6. THE BANK – 2001

David Wenham, Anthony la Paglia, Sibylla Budd kimi adların baş rolda olduğu “The Bank” (Bank) filmi bank sektoruna, pulun mərkəzdə olduğu dünyada baş verən hadisələrə fokuslanır. Robert Connolly'nin rejissorluğunu üstləndiyi kapitalizmi tənqid edən film, Avstraliya Oscarları adlandırılan AACTA Mükafatlar'ında Ən Yaxşı Orijinal Ssenari sahəsində mükafat qazanıb.

 

7. WALL STREET – 1987

Pul mövzulu filmlər dedikdə ağla Oliver Stone'un rejissorluğunu üstləndiyi Wall Street gəlir. Michael Douglas'ın rolunda əfsanəyə çevirib onu Oscar'a yaxınlaşdıran film, pul hərisliyinin nələrə qadir olduğunu izləyicilərə hiss etdirir. Filmdə günümüzdə də istifadə olunan pul ve insan təbiəti ilə əlaqədar təsiredici dialoqlar və təsbitlər yer alıb.

  • Wall Street-ABŞ-ın pul və birja bazarı, Nyu-York şəhərində Birja binasının yerləşdiyi küçə, dünyanın maliyyə mərkəzidir.

 Xoş əyləncələr!