Pulları artıraraq yığmağın 4 yolu | Banco.az

Pulları artıraraq yığmağın 4 yolu

Pullarınızı hələ evdə yığırsınız? Çox nahaq yerə, bu həm sərfəsizdir, həm də təhlükəli. Banklarımızın belə gözəl əmanət şərtləri və kampaniyaları varkən, pulları evdə saxlamaq ən azından günahdır.

Yeni il ərəfəsində Nikoil Bankdan Yubiley əmanəti

İndi bu əmanətin şərtləri daha sərfəli olub. Əmanətin faizlərinin artırılması ilə yanaşı, hər əmanətçi bankdan Toyota Corolla və 20 ədəd smartfon udmaq şansı əldə edir.

Lotereyanın şərtlərinə əsasən, əmanətin hər 1000-5000 AZN/USD məbləği 1 şans, daha yuxarı məbləğ olduqda isə hər 5000 AZN/USD 1 şansa bərabərdir. Eyni zamanda bir əmanətçi 10 şans və bir uduş əldə edə bilər.

Beynəlxalq Bank əmanət faizlərini artırınb

Azərbayabcanın ən etibarlı banklarından birində  sərfəli şərtlər ilə əmanət yerləşdirmək şansını qaçırmayın.

Bu kampaniya yalnız 2015-ci ilin yanvarın sonuna kimi davam edəcək! Faizləri 1 illik "Klassik" əmanət üzrə 1 faiz, 5 illik əmanət üzrə isə 2.7 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bankdan “Yubiley qazancı”

30 dekabr 2014-cü il tarixinə qədər Kapital Bankda yerləşdirilən “Kapital” depozitinə görə illik faizlər müddətdən asılı olaraq 13 %-dək artırılıb. Üstəlik, əmanətin məbləği 500 manatdan çox olanda müştərilərə dəyərli ödəniş kartı hədiyyə edilir. Müştərilərin istəyi ilə onlara çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır.

TuranBankdan "Pullarınız yerində saymasın"

TuranBank-dan yeni əmanət kampaniyasına başlamışdır. TuranBankın "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası Bankın yeni müştərilərinin  depozitlərini daha gəlirli edir. Cari ilin sonunacan davam edəcək aksiya zamanı Bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.