Pullar geri qayıdır! | Banco.az

Pullar geri qayıdır!

Expressbank müştəriləri daha şanslıdır. Çünki, “Xərclərinizi gəlirə çevirin” şüarı altında təqdim olunan “ExpressClub” layihəsi çərçivəsində, “Expressbank”ın bütün kart sahibləri ölkədaxili POS-terminallar vasitəsilə alış-veriş edərkən, xərclədikləri məbləğin bir hissəsini karta geri alırlar (“cashback”). Müştərilər bu vəsaiti həm nağdlaşdırır, həm də POS-terminallar vasitəsilə yenidən alış-veriş etməklə növbəti xərclərini də gəlirə çevirmiş olurlar.

“ExpressClub” layihəsinin xüsusi üstünlüyü - onun nəinki “ExpressClub” tərəfdaşlar şəbəkəsinə daxil olan satış nöqtələrində 20%-dək “cashback” qaytarması, hətta bu şəbəkəyə daxil olmayan, POS-terminalla ödəniş mümkün olan istənilən satış nöqtəsində xərclənən vəsaitin 0,3% hissəsinin müştərilərin kartına geri qayıtmasıdır. “ExpressClub” şəbəkəsinə daxil olan tərəfdaşların siyahısı isə daim yenilənməkdə və artmaqdadır.

Bütün bu fürsətlərdən yararlanmaq üçün, sadəcə, “Expressbank”ın istənilən kartına sahib olmaq kifayətdir!

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Expresso kartı 5 AZN, VisaElectron / Maestro kartlarını 6 AZN, VisaClassic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN/USD/EUR/GBP ilkin mədaxil etməklə VisaGold / MasterCardGold, 800 AZN/USD/EUR/GBP ilkin mədaxillə isə VisaPlatinum / MasterCardPlatinum kartlarını pulsuz sifariş etmək mümkündür.  “Expressbank”ın kartlarına dərhal, rahat və komissiyasız vəsaiti ExpressPay terminalları və mobil pul kisəsi vasitəsi ilə mədaxil etmək mümkündür.

“ExpressClub” tərəfdaş şəbəkəsi və “cashback” xidməti haqqında daha ətraflı məlumat üçün müştərilər 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/expressclubaz) daxil ola bilərlər.

“Expressbank”ın ödəniş kartları ilə xərclərinizi gəlirə çevirin! 

Ən sərfəli krediti almaq üçün müraciət et