Pula necə qənaət edə bilərik? | Banco.az

Pula necə qənaət edə bilərik?

Müəllif - Aida İsaq, Banco.az

Büdcəni daim sabit səviyyədə saxlamaq üçün maliyyə savadlılığına yiyələnmək önəmlidir.

Banco.az xəbər verir ki, Rusiyada "BKF" bankın analitika departamentinin rəhbəri Maksim Osadçiy pula qənaət etməyin yollarından danışıb.

Ekspert ilk növbədə xərcləri nəzərdən keçirməyə diqqət çəkib. Onun sözlərinə görə, alış-veriş edərkən, mobil operatorlardan istifadə edərkən sərfəli təklifləri dəyərləndirmək, həmçinin elektrik enerjisi istehlakını azaltmaq büdcə üçün faydalıdır. Eyni zamanda müxtəlif obyektlərdə ödəniş edərkən daha yüksək "cashback" bonusları təklif edən bank kartlarından istifadə etmək lazımdır. Bundan əlavə, o, siqaret və alkoqoldan imtina etməyi, maliyyə savadlılığını yüksəltməyi, mikrokreditlərdən yayınmağı tövsiyə edib. 

Osadçi gəlirləri daim artırmaq üçün hər zaman müxtəlif çıxış yollarının olduğunu vurğulayıb. Məsələn, əlavə mənziliniz varsa, onu icarəyə verə bilərsiniz. Çox istifadə etmədiyiniz əşyaları zamanında daha yaxşı qiymətə satmaq, uyğun olduğu təqdirdə əlavə iş axtarmaq da uğurlu qərardır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram