Pul yığmaq çətindir deyənlər üçün 5 sadə addım | Banco.az

Pul yığmaq çətindir deyənlər üçün 5 sadə addım

Bu gün insanları maraqlandıran ən mühüm şeylərdən biri pul qazanmaqla bərabər, yığım etmək bacarığıdır. Qazancımız çox ola bilər amma onu gələcək planlarımız və hədəflərimiz üçün saxlaya bilməsək, qazancımızın bir mənası da qalmayacaq. Bir müddət sonra reallaşmamış arzularımız və planlarımız ilə üz-üzə qalacağıq. 

Bütün bunları yaşamaq istəmirsinizsə, sizlərə hazırladığımız pul yığmaq üçün 5 sadə addım ilə tanış ola bilərsiniz:

Hədəflərinizi müəyyən edin

Buna, ən vacib ehtiyaclarınızı yazmaqla başlaya bilərsiniz.  Çünki, yazmaq ağılda tutmaqdan daha yaxşıdır. Maşın almaq, mənzil almaq, təhsil haqqını toplamaq, səyahət etmək və s. bura daxil ola bilər. Həmçinin bura ödənməli olan kredit borclarınızı da daxil edə bilərsiniz.

Planlar qurun

Artıq hədəflərinizi bilirsiniz, qrafik qurun və onlara çatmaq üçün xüsusi tarixlər müəyyən edin. Maliyyə durumunuzu və gəlirlərinizi hesablayarkən real olun. Məsələn, əgər xaricə səfərə getmək istəyirsinizsə real olaraq düşünün. Gəlirləriniz buna kifayət edəcəkmi? Sonra gəlirlərinizin bir hissəsini bunun üçün toplayın.

Ən sərfəli kredit üçün müraciət et

Borclarınızla üzləşərkən dürüst olun

Müasir dövrdə borcların əksəriyyəti kredit borclarıdır. Borcunuzun miqdarını dəqiq bilin və ödəmələri gecikdirməyin. Çünki gecikdirmələr daha çox ödəmə etmənizə və borcun artımına səbəb ola bilər. Yığımla bərabər borclarınızı da ödəməyi unutmayın.

Hədəf üçün doğru vasitələri seçin

Bəzən yaxşı plan, yaxşı vasitələrlə reallaşa bilər.  Büdcənizi qurmaq və hədəflərinizi müəyyən etmək üçün müxtəlif növ proqramlardan istifadə edə bilərsiniz.

Artıq xərclərə yol verməyin

Pul toplamaq üçün işin ən çətin və həm də ən asan tərəfi xərcləri ixtisar etməkdir. Xərclərinizi azaldın, müəyyən hədəflər müəyyən edin, hədəfə çatdıqda isə özünüzü mükafatlandırın.

Ən sərfəli krediti almaq üçün müraciət et