Pul yığmağın 10 sadə və effektiv yolu | Banco.az

Pul yığmağın 10 sadə və effektiv yolu

Müəllif: Gülnar Əhmədli, Banco.az

İnvestisiya imkanlarının artması pulunu dəyərləndirmək istəyənlər üçün seçimləri çoxaltsa da, düzgün qərar verməyi çətinləşdirə bilər. Maliyyə sabitliyi yaratmaq üçün ilk növbədə qənaət vərdişləri formalaşdırmaq və uyğun investisiya alətini seçmək vacibdir.

Pul yığmaq gəlirin müəyyən hissəsini xərcləməyərək gələcək üçün ayırmaq deməkdir. Bunu yalnız milli valyutada deyil, qızıl, gümüş, investisiya fondları, səhmlər və digər alətlər vasitəsilə də etmək mümkündür.

Pul yığmaq üçün 10 tövsiyə

1. Xərclərinizi izləyin

Gündəlik xərclərinizi qeydə almaq lazımsız məsrəfləri görməyə və büdcənizə nəzarət etməyə kömək edir.

2. Büdcə hazırlayın və ona əməl edin

Aylıq gəlir və xərclərinizi planlaşdırın, müəyyən etdiyiniz büdcədən kənara çıxmamağa çalışın.

3. Qənaət hədəfi müəyyənləşdirin

Özünüzə konkret maliyyə məqsədi qoymaq pul yığmaq motivasiyasını artırır.

4. Düzgün investisiya alətini seçin

Məqsədinizə və risk səviyyənizə uyğun investisiya vasitəsini seçərək yığımlarınızı dəyərləndirin.

5. Lazımsız xərcləri azaldın

Yalnız ehtiyac duyduğunuz məhsulları alın və impulsiv alış-verişdən çəkinin.

6. Ödənişləri vaxtında edin

Kommunal və digər ödənişləri gecikdirməmək əlavə faiz və cərimələrin qarşısını alır.

7. Büdcənizi mütəmadi yoxlayın

Gəlir və xərclərinizi vaxtaşırı nəzərdən keçirmək maliyyə intizamını qorumağa kömək edir.

8. İstifadə etmədiyiniz abunəlikləri ləğv edin

Artıq istifadə etmədiyınız rəqəmsal xidmətlər üçün ödəniş etməyin.

9. Alış-verişə limit qoyun

Xərclər üçün əvvəlcədən məbləğ müəyyənləşdirin və həmin limiti aşmamağa çalışın.

10. Əyləncə xərclərini optimallaşdırın

Əyləncəyə ayrılan vəsaiti azaltmaq qısa müddətdə daha çox qənaət etməyə imkan verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram