Pul vahidi sürətlə ucuzlaşır, bilet yalnız dollarla satılacaq | Banco.az

Pul vahidi sürətlə ucuzlaşır, bilet yalnız dollarla satılacaq

İqtisadi və siyasi böhranın davam etdiyi Livanda dövlətə aid hava yolu şirkəti Orta Şərq Hava Yolları (MEA), 17 Fevral Bazar ertəsi günündən etibarən bilet alışlarında yalnız ABŞ dollarını qəbul edəcəyini açıqlayıb. Marja xəbər verir ki, qərarın səbəbi ölkədəki məzənnə böhranıdır.
Qərar müzakirələrə səbəb olub, ölkənin keçmiş Xarici işlər naziri Gibran Bassil, qərarı "qeyri-qanuni" olaraq qiymətləndirib. 

Qərara Twitter hesabından reaksiya verən millət vəkili Fuad Mahzumi, livanlıların "ev həbsi"nə səbəb olacaq bu qərarın ləğv edilməsi lazım olduğunu yazıb.

Ən sərfəli kredit üçün müraciət et

Yerli pul vahidi Livan Lirəsi, Livan Mərkəzi Bankının sabit məzənnə siyasətinə baxmayaraq son dövrdə "qara bazar"da böyük dəyərdən düşüb. Ölkədə banklardakı əmanətlərin çıxarılmasına da məhdudiyyətlər tətbiq edilib.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et