Amerikalı alimlər insan stressinin əsas səbəbini bilmək üçün araşdırma aparıblar. Məlum olub ki, insanda stressi yaradan nə iş, nə fərdi münasibətlər nə də ki, qidadır. Əsl səbəb pulla bağlı problemlərdir
Amerikanın Psixologiya Assosiasiyası 3000 nəfər könüllü arasında sorğu keçirib. Məlum olub ki, pul çatışmazlığı insanda stress yaradır.
Sorğu zamanı "pul faktoru" iş, ailə, sevgi faktorları ilə müqayisədə önə çıxıb. Sorğu zamanı məlum olub ki, pul problemi haqqında düşünmək belə, insanı stressə sala bilir.
Sorğuda iştirak edənlərin 70 faizi daim büdcələri və ya xərcləri barədə düşünür. Onların 20 faizi isə ailə büdcəsi barədə düşündükləri üçün əsəb gərginliyi keçirirlər. Respondentlərin 26 faizi daim aylıq əməkhaqqını necə bölüşdürmək barədə düşünürlər. Adətən bu cür düşüncələr kommunal xərclərin ödənilməsi, tibbi sığorta xərcləri, təqaüd yığımı, uşaqların təhsili və digər xərclər barədə olur.
Respondentlərin 12 faizi xəstəxanaya, həkimə, klinikaya və digər tibbi xidmətərə yox deyir. Bunun da başlıca səbəbi elə puldur. Onların 30 faizi güman edirlər ki, həyatdan zövq ala bilməmələrinin başlıca səbəbi də elə puldur. Onlar səyahətə, restoranlarda şam yeməklərinə, bahalı alış-verişə pul xərcləyə bilmirlər.
İnsanların bəziləri isə pulun yaratdığı problemlərdən, ümumiyyətlə, qurtula bilmirlər.