Pul Məktəbi - Rendy Gage (hissə 1) | Banco.az

Pul Məktəbi - Rendy Gage (hissə 1)

Əgər siz həqiqətən varlı olmaq istəyirsinizsə, kasıb insanlardan maliyyə məsləhəti almağı tərgidin.

Sizə məşhur multimilyonçu və uğur üzrə ekspert Rendi Qeycin biznes seminarlarından yığılmış seçmələr əsasında hazırlanan “Pul Məktəbi” kitabından bəzi parçalar təqdim etmək istərdik. Seçilmiş parçalar saytımızda mütəmadi yayımlanacaq.

Mən inanıram ki, siz dünyaya varlı olmaq üçün gəlmisiniz. Siz xoşbəxt olmaq üçün doğulmusunuz. Siz sağlam yaşamaq üçün mövcudsunuz.

Əgər siz həqiqətən varlı olmaq istəyirsinizsə, kasıb insanlardan maliyyə məsləhəti almağı tərgidin. Əgər siz dağın başına dırmanmaq istəyirsinizsə, alpinistlə məsləhətləşin. Əgər təyyarə sürmək istəyirsinizsə, təyyarəçi ilə.

Mən onların necə düşündüklərini öyrənmək istəyirəm. Çünki mən yalnız onlar kimi düşünməyə başlayacağım, onlar kimi düşünməyi öyrənəcəyim andan milyarder olacağıma əmin ola bilərəm.

Varlılar kasıblar kimi düşünmür. Mən sizə zəmanət verirəm ki, multimilyarder də multimilyonçu kimi düşünmür.

1-ci dövrə: Tərəqqi

Bu mənim artıq 20 ildir ki, ilişib qaldığım dövrədir. Məndə bəzən belə bir təəssürat yaranır ki, mən nəyə toxunuramsa-toxunum  qızıla, platinə və yaxud Pradodan olan əşyaya çevrilir.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə belə bir nəticəyə gələk olar ki, nə ilə məşğul olmağımın qəti fərqi yoxdur. Şəbəkə biznesi, adi biznes və ya yaxud daşınmaz əmlaka yatırım, ümumiyyətlə nə edirəmsə, hamısı son nəticədə çox-çox uğurlu və gəlirli alınır.

Şəxsi qarşılıqlı münasibətlərimi və sağlamlığımı nəzərdən keçirəndə də belə bir təsəvvür yaranır ki, hər şey mükəmməlliklə mənim xeyrimə həll olunur.

Hər il mən əvvəlkindən daha uğurlu insan oluram. Hər il əvvəlki ildən daha çox pul qazanıram və daha çox nailiyyətlərə imza atıram.  Bu silsilə mənim üçün demək olar ki, 20 il əvvəl başlayıb və mən hələ də bu dövrün içindəyəm və o dayanmadan davam edir. Bu silsilə mənim əvvəllər yaşadığım, içində olduğum dövr və silsilə ilə tamamı ilə əksdir. Çünki həyatımın birinci hissəsində hər nəyə toxunmuşamsa zibilə çevrilib; həm sağlamlığım, həm münasibətlərim, həm də biznesim və ümumiyyətlə mən nə ilə məşğul olurdumsa, hamısı pis nəticələnib. Bu milyonlarla insanın düşdüyü silsilədir. Fikrimcə onlar bu silsilədə batıb qalıblar. Amma onlardan da artıq insan başqa bir silsilədə ilişib qalıb.

Ardını gözləyin...   

Könül Soltanova, könü[email protected]