Pul bazasında 10.6%-lik artım müşahidə olunur | Banco.az

Pul bazasında 10.6%-lik artım müşahidə olunur

Mərkəzi Bankın açıqlamalarına əsasən pul bazası artmaqda davam edir.  Belə ki,  31.08.2014 tarixinə pul bazasının həcmi 11743.6 mln manat olaraq qiymətləndirilir ki, bu da ötən ilin müvafiq dövrü (10616.8 mln manat) ilə müqayisədə 10,6% daha çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Pul bazası dedikdə, pul kütləsinin elə bir hissəsi nəzərdə tutulur ki, o Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilər. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.