Pul bazası bir ayda 800 milyon manatdan çox azalıb | Banco.az

Pul bazası bir ayda 800 milyon manatdan çox azalıb

31 Yanvar 2019-cu il tarixinə pul bazası 8 milyard 709.2 milyon manat təşkil  edib. 

Bu məbləğ, ötən ilin Dekabr ayının sonu ilə müqayisədə 836,5 milyon manat və ya 8,8% azdır. 

28 Dekabr 2018-ci il tarixində pul bazası 9 milyard 545.7 milyon manat təşkil etmişdi. 

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası, milyon manatla

31/09/2019  8709.2

28/12/2018  9545.7

Ən sərfəli kredit üçün müraciət et

30/11/2018  8985.2

31/10/2018  9153.3

28/09/2018  8871.5

31/08/2018  8318.2

31/07/2018  8888.9

29/06/2018  8588.0

31/05/2018  8404.4

30/04/2018  8413.0

30/03/2018  9471.0

28/02/2018  9180.6

31/01/2018  8761.6

marja

Ən sərfəli krediti almaq üçün müraciət et