Pul bazarı fondları: nədir və nə üçün istifadə olunur? | Banco.az

Pul bazarı fondları: nədir və nə üçün istifadə olunur?

Müəllif: Nisə Əsgərli, maliyyəçi-investor

Yəqin ki, bir çoxları son vaxtlar medianın bəzi sirli pul bazarı fondlarına rekord məbləğdə vəsaitlərin daxil olmasını tövsiyyə etdiyini müşahidə edib. Keçən il,  investorlar arasında populyarlaşdılar, lakin hər kəs həqiqətən belə fondların nə olduğunu başa düşmür.

İlk olaraq, əsas bazarlardan danışaq. Bunlar:

  • Valyuta bazarı, hər bir ölkənin valyutalarının dövriyyəsi və onların bir-birinə nisbətən dəyəri təyin edildiyi bazar.
  • Fond bazarı, hər bir bazar üzrə səhmlər və istiqrazların ticarəti.
  • Müddətli bazar, daha çox opsiya və fyuçers kimi törəmə vasitələrinin ticarət edildiyi bazar.
  • Əmtəə, təxmin etdiyiniz kimi fiziki malların ticarət edildiyi bazar.

Və təbii ki, pul. Bu, pulun sözün əsl mənasında alqı-satqısının həyata keçirildiyi bazardır (valyuta ilə qarışdırılmamalıdır) və yüksək likvidli qısamüddətli öhdəliklərin (1 ilədək): bank kreditləri, veksellər, qısamüddətli istiqrazlar. Onun əsas iştirakçıları dövlət, banklar və digər maliyyə institutlarıdır

Beləliklə, səhmlər, istiqrazlar, əmtəələr və valyuta indeksləri üçün ETF-lər olduğu kimi, pul bazarına əsaslanan fondlar da mövcuddur. Onlar qısamüddətli öhdəliklərə investisiya edilər. Pul bazarının əsas xüsusiyyətləri (müvafiq fondların xüsusiyyətləri bunlardan irəli gəlir):

  • Böyük ticarət həcmləri
  • Çox yüksək likvidlik və minimal dəyişkənlik
  • Çox aşağı risk

Pul bazarı fondlarının mahiyyəti investorlara yüksək səviyyədə etibarlılıq (bəzən hətta dövlət istiqrazları ilə müqayisədə daha yüksək) və maksimum likvidlik təmin etməkdən ibarətdir. Onların gəliri müqayisə edilə bilər, lakin çox vaxt bank depozitlərindən daha yüksəkdir İstənilən vaxt “cərimə” almaq və ya elan edilmiş gəlirliliyi itirmək riski olmadan pul yatırıb əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bu cür fondların əsas məqsədi buradadır:  istiqrazlarda olduğu kimi şərtlərdə tam çevikliyə malik olmaqla və demək olar ki, dəyişkənliyə görə vəsaitlərin bir hissəsini itirmək riski olmadan, nağd pulu müvəqqəti olaraq layiqli faizlə saxlamaq.

Pul bazarı fondlarını bir qədər yüksək faiz dərəcəsi ilə qısamüddətli bank depoziti kimi düşünün, burada üstəlik, zamanla məhdudlaşmırsınız. Əsas məqam qısamüddətlidir. Uzunmüddətli perspektivdə pul bazarına investisiya qoymağın mənası yoxdur, adi ETF-ləri almaq daha sərfəlidir. Fond bazarında yüksək likvidliyi və ya daha yaxşı giriş nöqtələrini gözləyənə (bir neçə aya və ya bir ilə qədər) nağd pula daha faydalı istifadə edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et