Pul bazarı aləti – Xəzinə istiqrazları | Banco.az

Pul bazarı aləti – Xəzinə istiqrazları

Qısa müddətlik maliyyə vəsaiti cəlb etmək üçün istər şirkətlər, istərsə də dövlət pul bazarı alətlərindən istifadə edirlər. Bu maliyyə alətlərindən biri də Xəzinə istiqrazlarıdır.

Xəzinə istiqrazları, əsasən qısamüddətli borc qiymətli kağızı olub, dövlət tərəfindən emissiya olunur və az müddətə maliyyə vəsaitinin əldə olunması üçün buraxılır. Xəzinə istiqrazları nominal dəyərindən aşağı qiymətlə satılır, müddətin sonunda isə istiqraz sahibləri nominal dəyəri əldə edərək bu fərqdən gəlir əldə edirlər. Məsələn, nominal dəyəri 10 000 manat olan xəzinə istiqrazı 9 500 manat qiymətlə buraxılır, müddətin sonunda isə bu qiymətli kağızı saxlayana 10 000 manat nominal dəyər ödənilir və bu zaman onun gəliri 500 manat həcmində olur.

 Müddətinə görə:

Ən sərfəli kredit üçün müraciət et

- bir aylıq

- üç aylıq

 -altı aylıq olurlar.

Xəzinə istiqrazlarının müddəti həmişə bir ildən aşağıdır.

Ən etibarlı qiymətli kağız hesab olunur, çünki emitent dövlətin özü olduğu üçün müddətin sonunda vəsaitin ödənməmə ehtimalı çox aşağı, hətta sıfra yaxındır. Xəzinə istiqrazları risksiz və ya risk göstəricisi ən aşağı olan maliyyə alətidir.

Bu istiqrazlar həm hökumət, həm də bələdiyyələr tərəfindən buraxıla bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et