"PSG Finans" BOKT-un vəzifəli şəxsi cərimələnib | Banco.az

"PSG Finans" BOKT-un vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı (AMB) "PSG Finans" MMC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini cərimə edib.

Banco.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə kredit təşkilatının vəzifəli şəxsi 10 000 manat cərimələnib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram