Prosessinq təşkilatı nədir, ölkədə hansı prosessinq təşkilatları var? | Banco.az

Prosessinq təşkilatı nədir, ölkədə hansı prosessinq təşkilatları var?

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq prosessinq təşkilatı kimi dövlət qeydiyyatından keçmiş və ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxsdir. Kartın emissiyası dedikdə kartların dövriyyəyə buraxılması, ekvayrinqi dedikdə isə bank kartı vasitəsi ilə ödənişlərin qəbulu və həyata keçirilməsi üzrə xüsusi xidmətlərin məcmusu başa düşülməlidir.

Hal-hazırda ölkədə 3 prosessinq təşkilatı fəaliyyət göstərir.

  • Azərikard
  • Milli kart
  • Kapital kart

“Azərikard” MMC Azərbaycanda  MasterCard, Visa, American Express, Diners Club, UnionPay  və  JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal-hazırda “Azərikard” MMC  Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda 21 banka prossesinq xidməti göstərir və onların hamısı- Beynəlxalq Ödəmə Sistemlərinin üzvüdür.

12 ildir Azərbaycan bazarında olan Millikartın payçıları Azərtürk bank, Amrahbank, Accessbank, ASB bank, Bank of Baku, Bank Respublika, Rabitəbank, Turanbank, Unibank, Xalqbank, Atabank kimi ölkənin tanınmış banklarıdır.

Kapital Kart Kapital bank ASC-yə məxsusdur

Aşağıdakı cədvəldə banklarımızın hansı prosessinq mərkəzinə aid olduğu göstərilmişdir.

Banklar

Proesessinq mərkəzi

Naxçıvanbank

Millikart

Bank Avrasiya

Azərikart

AFB bank

Azərikart

Bank VTB

Azərikart

Rabitəbank

Azərikart

Beynəlxalq Bank

Azərikart

Ziraat Bank

Azərikart

AzərTürkBank

Azərikart

Nikoil Bank

Azərikart

Express Bank

Millikart

YapıKrediBank

Millikart

NBC Bank

Azərikart

Xalq Bank

Azərikart

TuranBank

Azərikart

Bank Silkway

Azərikart

Kapital Bank

Kapitalkart

Muğan Bank

Azərikart

AtaBank

Azərikart

ASB bank

Millikart

Paşa Bank

Azərikart, Millikart

Bank Respublika

Azərikart

Unibank

Millikart

AmrahBank

Azərikart

Bank of Baku

Millikart

AG Bank

Azərikart

Accessbank

Millikart

Ən sərfəli kredit üçün müraciət et