Proqramlaşdırmada qadın əli | Banco.az

Proqramlaşdırmada qadın əli

1. Ada Lavleys (10 dekabr 1815 – 27 noyabr 1852)

Dünyanın ilk kompüter proqramçısı olan Ada Lovelace məşhur ingilis şairi Corc Qordon Bayronun qızı idi. Ada şair bir atanın və eyni zamanda riyaziyyat həvəskarı bir ananın qız uşağı idi. Hələ 13 yaşında ikən uçan bir aparat hazırlamışdı. Ada yazdığı bir məqalədə hesablama metodundan bəhs etmişdi və bu tarixdəki ilk kompüter proqramı olaraq qəbul edildi. Çarlz Bebbic tərəfindən ixtira olunan hesablama maşını üçün ilk proqramı tərtib edən Ada Lavleys dünya tarixində ilk proqramçı sayılır.

2. Qreys Mürrey Hopper (9 dekabr 1906 – 1 yanvar 1992)

Hopper 9 dekabr 1906-cı ildə Nyu Yorkda dünyaya gəldi. 1928-ci ildə Yel Universitetindən Riyaziyyat və Fizika üzrə Bakalavr dərəcəsi və 1930-cu ildə isə Magistr dərəcəsi alaraq məzun oldu. 4 il sonra 1934-cü ildə Yel Universitetindən Riyaziyyat üzrə doktrantura dərəcəsini əldə etdi. 1941-ci ildə də professor adını qazandı.

Qreys Hopper elm adamı, proqramçı, riyaziyyatçı və kontr-admiraldır. “Harvard Mark I” kompüterinin ilk proqramisti, kompüter proqramlaşdırma dilləri üçün ilk kompilyasiyanı (compiler) inkişaf etdirən və “debugging” kimi tanınan proqramı xətalardan təmizləmə anlayışının da ilk istifadəçilərindən olan qadındır. Eyni zamanda ilk müasir proqramlaşdırma dillərindən olan “COBOL”u da inkişaf etdirənlərdəndir.

Ən sərfəli kredit üçün müraciət et

3. Betti Holberton (7 mart 1917 – 8 dekabr 2001)

İlk elektronik rəqəmsal kompüter olan ENİAC-ın 6 proqramistindən biri olan Betti universitetin ilk günlərində və ikinci dünya müharibəsi zamanı riyaziyyat müəlliminin “evdə uşağa baxmaq daha yaxşı olmazdımı?” sualına baxmayaraq universitetdə təhsil almağa davam etdi. Əvəzində, jurnalistliyə maraq göstərməyə başladı və onu məhdudlaşdırmayan bir yerdə çalışmağa qərar vermişdi.

Ancaq daha sonra Holberton “Moore Mühəndislik Məktəbi”ndə kompüter mütəxəssisi kimi işə götürüldü və qısa müddət sonra ENİAC-ı proqramlaşdıran 6 qadından biri seçildi. Eyni zamanda Computing Qadınlar Cəmiyyəti tərəfindən verilən ən yüksək mükafat olan “Augusta Ada Lovelace” mükafatını alan yeganə proqramçı qadındır.

moneta.az

Ən sərfəli krediti almaq üçün müraciət et