Bank “BTB” ASC İT departamentinin Proqramlaşdırma şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
İşə qəbul olan şəxs, tədbiqi proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara hər zaman və təcili xidmət göstərməli, bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması işini həyata keçirməli, proqram təminatı hazırlanarkən məlumat təhlükəsizliyi prinsiplərinin qorunmasını təmin etməli, tədbiqi proqramlar üzrə bankdaxili treyninqlər keçirməlidir.
Namizədə olan tələblər:
- Ali təhsil.
- Visual studio 2010 C#, pl-sql, asp.net, oracle forms-da iş bacarığı.
- Proqramlaşdırılma sahəsində 3 ildən artıq iş təcrübəsi.
- МS SQL arxitekturasını və sorğu dilini bilmək.
- Maliyyə və bank sahəsində iş təcrübəsi.
- Texniki və istifadəçi sənədlərinin yaradılması təcrübəsi.
- İngilis və rus dili bilikləri.
- Analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı, məsuliyyət.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 Iyun, 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Proqramlaşdırma şöbəsinin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.