Proqnoz: Rusiya əhalisinin real gəlirləri bu il də azalacaq | Banco.az

Proqnoz: Rusiya əhalisinin real gəlirləri bu il də azalacaq

Bu il Rusiyanın bank sektorunda artım prosesi davam edəcək. Lakin əhalinin real gəlirlərinin azalması və zəif iqtisadi artım fonunda kreditlərə tələbat azalacaq. "Rambler News Service"ə istinadən verilən xəbərə görə, bu barədə Analitik Kredit Reytinq Agentliyi (AKRA) hazırlanan proqnoz hesabatda məlumat verilib. 

Hesabatda qeyd olunur ki, 2017-ci ildə bankların məcmu aktivləri 2% artım göstərəcək. İstehlak və ipoteka kreditlərində artım önə çıxsa da, ümumilikdə kreditləşmə prosesi zəifləyəcək. 

Ən sərfəli kredit üçün müraciət et

AKRA-ya görə, 2018-2020-ci illərdə Rusiyada bank sektorunun aktivlərinin 10%, ÜDM-in nominal artımının isə 6% olacağı proqnozlaşdırılır. Bununla yanaşı, ilin sonuna qədər Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini 1-1,5 faiz bəndi azaldacağı ehtimal edilir. Proqnozlara əsasən, əhalinin bank əmanətlərinin cari ildə 9% artım göstərəcəyi, problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin isə 14% olacağı gözlənilir.

Mənbə: Report.az