​Proqnoz: Neftin qiyməti 59 dollara qədər yüksələ bilər | Banco.az

​Proqnoz: Neftin qiyməti 59 dollara qədər yüksələ bilər

Dünya bazarında "Brent" markalı neftin qiyməti qısamüddətli perspektivdə 59 dollar/barelə qədər yüksələ bilər. Banco.az "Report"a istinadən xəbər verir ki,  neft hasil edən ölkələrdən gələn son məlumatlar əsasında "Brent"in qiyməti yüksələcək. Belə ki, bu gün ABŞ-da açıqlanacaq həftəlik neft və benzin ehtiyatları göstəricilərində azalma gözlənilir. Neft ehtiyatlarının artım tempinin keçən həftə açıqlanan 3,38 mln. bareldən 2,8 mln. barelə qədər azalması, benzin ehtiyatlarının isə 1 mln. barel azalması gözlənilir.

"Bundan əlavə, dünən Liviya və Braziliyadan gələn xəbərlər neft qiymətlərinin artmasına dəstək olub. Belə ki, Liviya Milli Neft Korporasiyası hasilatla bağlı forsmajor hal elan edib. Bu da o deməkdir ki, şirkət istədiyi vaxt hasilatı dayandıra bilər. Digər tərəfdən, Braziliyanın 40-qan çox neft platformasının işçiləri dövlət şirkəti olan "Petroleo Brasileiro SA"nın aktivlərinin satılmasına qarşı etiraz yürüşü keçiriblər. Nəticədə şirkət hasilatın 25% azaldığını bəyan edib", - Agentlik qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitikləri hesab edirlər ki, neftin qiymətində gözlənilən artım müvəqqəti olacaq. Qısamüddətli yüksəliş Çindən gələcək mənfi göstəricilər, İran neftinin bazara çıxması, Federal Ehtiyat Sisteminin faizləri artırması ilə neft uzunmüddətli perspektivdə yenidən ucuzlaşacaq.