Proqnoz: ​Dollar sürətlə ucuzlaşacaq | Banco.az

Proqnoz: ​Dollar sürətlə ucuzlaşacaq

Report: Azərbaycanda dolların məzənnəsi 1,40 manata qədər enə bilər

ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin dünən, martın 29-dakı çıxışında uçot dərəcəsinin "olduqca ehtiyatlı" artırılacağı barədə xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu açıqlama dolların zəifləməsinə gətirib çıxarıb. Belə ki, dollar avro ilə müqayisədə 1,2% ucuzlaşaraq 1,1303 səviyyəsin çatıb. 

Qeyd edək ki, son bir həftədə FES məmurları uçot dərəcəsinin aprel və ya iyun aylarında keçirilməsi planlaşdırılan iclaslardan birində artırılmasının mümkünlüyünü vurğulayıblar. Dünənki iclasda investorlar C.Yellenin bu yöndə açıqlamalarını davam etdirəcəyi gözlənildiyi halda, FES rəhbəri daha ehtiyatlı mövqe nümayiş etdirib. O, ABŞ-da mövcud aşağı inflyasiya, Çin iqtisadiyyatındakı qeyri-müəyyənlik, qlobal iqtisadi konyunktura və ABŞ-da açıqlanan qarışıq istiqamətli iqtisadi göstəricilərə diqqət yetirməyi tövsiyə edib. Bununla bərabər Yellen əmək bazarında iqtisadi aktivliyin azalması səbəbindən tsiklik depressiyanın yarana biləcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un analitik qrupu bildirir ki, cümə günü ABŞ-da açıqlanacaq əmək bazarının aktivlik göstəricisinin proqnozlara yaxın və ya daha aşağı olacağı təqdirdə dolların sürətlə zəifləyəcəyi gözlənilir. USD/EUR məzənnəsinin yaxın 2-3 ayda 1,20-1,22 səviyyəsinə qədər artması proqnozlaşdırılır. Belə olduğu halda, AZN/USD məzənnəsi 1,35-1,40, neftin qiyməti isə 50 dollar/barelə qədər yüksələcək.

Ən sərfəli krediti almaq üçün müraciət et