Proqnoz: Bitkoin tezliklə SWIFT sistemini əvəzləyəcək | Banco.az

Proqnoz: Bitkoin tezliklə SWIFT sistemini əvəzləyəcək

Banklararası elektron maliyyə hesablaşmaları və informasiya ötürücülük sistemi olan SWIFT-i ( Society for Worldwide Interbank Financial Telecommunications) bitkoin əvəzləyəcək.

"Haberler" saytına istinadən xəbər verilir ki, bu açıqlama ilə "Bitcoin Foundation"in təsisçilərindən olan Con Matonis (Jon Matonis) çıxış edib.

"Bitkoin hazırda böyük tələblə üzləşib. Xüsusilə, Yaponiya və Cənubi Koreyadan tələb daha yüksəkdir. Bitkoin həm bir investisiya vasitəsi, həm də pul transferi sistemidir. Beynəlxalq hesablaşmalar sistemi olan SWIFT-in əvəzinə ola biləcək ən ideal namizəddir. Bitkoin həmçinin qiymətli bir aktivdir. Bitkoinin yaranması ilə insanlar ilk dəfə "http" və "tcp" kimi protokollara birbaşa investisiya yatırmaq imkanı əldə ediblər", - C.Matonis əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

C.Matonis tezliklə "Mastercard", "Visa" və digər hesablaşma sistemlərinin də bitkoini xarici valyuta kimi qəbul edəcəyini deyib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et