Proqnoz: Avro 2018-ci ildə ləğv oluna bilər | Banco.az

Proqnoz: Avro 2018-ci ildə ləğv oluna bilər

Yaxın 1,5 il ərzində avro pul vahidi kimi yox ola bilər. "BBC" agentliyinə istinadən verilən xəbərə görə, bu bəyanatla ABŞ-ın Avropa İttifaqında (Aİ) təyin edilməsi gözlənilən yeni səfiri, professor Ted Mallok (Ted Malloch) çıxış edib.

Səfir bildirib ki, B.Britaniya ABŞ-la yaxın 3 ay ərzində hər iki ölkəni "məmnun edəcək" ticarət anlaşması imzalaya bilər. T.Mallok Britaniya üçün sərt "Brexit" qərarının daha əlverişli olacağını bildirib. O, anlaşmanın ilkin variantının bu cümə günü, yanvarın 27-də Donald Tramp və Britaniyanın baş naziri Tereza Mey arasında imzalana biləcəyini qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Mallok bu il Niderland, Fransa və Almaniyada keçiriləcək seçkilərin nəticələrinin Aİ-yə ciddi zərər verəcəyini deyib: "Şəxsən mən əmin deyiləm ki, Aİ mövcudluğunu davam etdirəcək. Buna görə də Aİ ilə ticarət danışıqlarına ehtiyac yoxdur".

Mənbə: Report.az