Proqnoz: 2018-ci ilin ortalarınadək neft qiymətləri sabit qalacaq | Banco.az

Proqnoz: 2018-ci ilin ortalarınadək neft qiymətləri sabit qalacaq

Neft hasilatının azaldıması ilə bağlı OPEC və kartelə üzv olmayan neft hasilatçısı ölkələrinin 30 noyabr 2016-cı il Vyana anlaşmasının müddətini 6 ay deyil, 3 ay uzadacağı gözlənilir. "Forexpf.ru" saytına istinadən xəbər verilir ki, bu proqnozla "Bank of America" investisiya bankı çıxış edib. 

Bankın proqnozuna əsasən, anlaşmanın uzadılmasının müsbət təsiri artıq neft qiymətlərində öz əksini tapıb. Bankın ekspertlərinin fikrincə, anlaşmanın iştirakçıları daha ehtiyatlı mövqe tutaraq prosesin necə cərəyan edəcəyini görmək istəyəcək.

Ən sərfəli kredit üçün müraciət et

"Bank of America" həmçinin Səudiyyə Ərəbistanının 2018-ci ilin II yarısında "Saudi Aramco" dövlət neft şirkətinin 5% səhmlərini qlobal fond birjalarında özəlləşdirməsi fonunda neft qiymətlərinə bu tarixə qədər dəstək verəcəyini ehtimal edir.

Mənbə: Report.az