Problemli kreditlərin həlli ilə bağlı banklara 633 milyon manat daxil olub | Banco.az

Problemli kreditlərin həlli ilə bağlı banklara 633 milyon manat daxil olub

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı çərçivəsində sentyabrın 30-na banklara 633 milyon manat həcmində vəsait daxil olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, davam edən restrukturizasiya prosesi ilə əlavə vəsaitlərin də daxil olması gözlənilir. Akkumulyasiya olunmuş likvid aktivlərin real iqtisadiyyata yönəlməsinin sürətləndirilməsi məqsədilə hər bir bank üzrə ayrılıqda strategiya hazırlanıb. Strategiya əsasında ayrılacaq vəsaitlərin 58 faizi KOS-lara, 23 faizi mikro, 19 faizi isə iri sahibkarlıq subyektlərinə ayrılması nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et