Problemli kreditlər yenidən artdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 121 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--campania.tpl.php).

Problemli kreditlər yenidən artdı

31 İyul 2019-cu il tarixinə 13 milyard 681,3 milyon manatlıq cəmi kredit qoyuluşlarının 10,9%-i və ya 1 milyard 487,4 milyon manatı problemli (ödəmə vaxtı keçmiş kredit) olub.

İyulda  ödəmə vaxtı keçmiş kreditlər 0,9 milyon manat artıb. Belə ki, İyunun sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 486,5 milyon manat təşkil etmişdi.

Ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərində xüsusi çəkisi isə 11%-dən 10,9%-ə düşüb. Azalmanın səbəbi kredit qoyuluşlarının iyulda 198,8 milyon manat artaraq 13 milyard 482,56 milyon manatdan 13 milyard 681,3 milyon manata yüksəlməsi ilə bağlıdır.

Marja