Problemli kreditlər artır, kreditləşmə isə azalır | Banco.az

Problemli kreditlər artır, kreditləşmə isə azalır

Azərbaycanda problemli kreditlərin həcmi artmaqda davam edir. Bu haqda Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat verir.

Cari ilin iyun ayının sonuna olan statistik məlumatlara əsasən Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi ötən ay ilə meqayisədə 25,5 milyon manat, 1,94% artaraq, 1 milyard 338,7 milyon manata çatıb.

Problemli kreditlərin həcmi artdığı halda ölkədə ümumi kreditləşmə tempi aşağı düşür. Əgər ilk 6 ayı üzrə rəqəmləri nəzərdən keçirsək, fevral ayında kreditləşmənin maksimum həddə 20 milyard 697,2 milyon manata çatdığını və ondan sonra tempin aşağı düşdüyünün şahidi olaraq, bunun əksində olaraq, problemli kreditlərin həcmi eyni sürətlə artır.

Ən sərfəli kredit üçün müraciət et

Diaqramlarda daha aydın şəkildə izləyə bilərsiniz. 

Ən sərfəli krediti almaq üçün müraciət et