Maliyyə Bazarlarına Nəzarət Palatası "Pro Kredit" bank olmayan kredit təşkilatının (BOKT) səhm emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.
Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 200 səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək. Emissiya baş tutarsa, BOKT-un nizamnamə kapitalı 200 min manat və ya təxminən 67% artaraq 500 min manata çatacaq.
Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 300 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 000 manat olan 300 səhm əsasında formalaşıb. Səhmlər 100% Emil Məhəbbət oğlu Məmmədova məxsusdur.