“Xaricdə hələ də vətəndaşlarımız var. Onlar digər səbəblərdən xaricdədirlər”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, elə vətəndaşlar var ki, 2-3 aydır ki, ölkəyə gələ bilmir: “Ona görə də həmin vətəndaşların ölkəyə gətirillməsinə ehtiyac var. Pandemiya başlayandan Azərbaycanda xaricdən idxal olunan məhsullarda qıtlıq müşahidə edilməyib. Yükdaşıma ilə bağlı ölkəmizə daxil olan əcnəbi sürücülər testdən keçirilir və ondan sonra hərəkətlərinə icazə verilir”.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!