"Bu gün anons vermək istəyirəm ki, problemli kreditlərin həlli məsələsi yekunlaşmaq üzrədir.Yaxın gələcəkdə bu məsələ vətəndaşların xeyirinə həll ediləcəkdir."
Bunu iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə Prezident İlham Əliyev bildirib.
"Problemli kreditlər əhalini narahat edir. Ötən ildən hökumət üzvlərinə göstərişlər verilib. Təkliflər paketi hazırlanır. Milli Məclisdə də müxtəlif təkliflər verilib.
Bu məsələ ilə işçi qurupu ciddi məşğuldur. Son 2 aydır ciddi iş aparılır. Bu asan məsələ deyil. Biz bu məsələni həllini, vətəndaşların maliyyə yükünün, maliyyə vəziyyətinin yaxşılaşdırılmasında görürük. Bir-neçə ay ərzində aparlmış ciddi müzakirələr nəticəyə gəlməyə əsas verir. Biz təkliflərin son mərhələsindəyik. Biz yaxın gələcəkdə bunu həll edəcəyik. Buna oxşar bəzi ölklərdə qərarlar əqbul edilib, amma icra edilməyib. Vətəndaşlar üçün ən məğbul variantın seçilməsi ön plandadır. Bu gün anons vermək istəyirəm ki, bu məsələ yekunlaşmaq üzrədir”.
marja