Prezident: “SOCAR əlində olan bütün imkanlarla Türkiyəyə yardım etməyə çalışır və çalışacaq” | Banco.az

Prezident: “SOCAR əlində olan bütün imkanlarla Türkiyəyə yardım etməyə çalışır və çalışacaq”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə baş vermiş zəlzələ ilə bağlı əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olarkən deyib.

“Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”, - deyə Prezident bildirib..

Xatırladaq ki, Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et