“Bu cür təsərrüfatlar ölkədə kənd təsərrüfatının inkişafında mühüm rol oynayır”.
Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında söyləyib.
Dövlət başçısı deyib ki, bu müəssisədə yetişdirilən kənd təsərrüfatı məhsulları ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verəcək: “Kartof, taxıl və şəkər çuğundurunun əkinin genişləndirilməsi əhəmiyyətlidir. Münbit torpaqlardan səmərəli istifadə etmək vacibdir. Bundan sonra da sahibkarlara dövlət dəstəyi davam etdiriləcək. Kənd təsərrüfatının inkişafı üçün infrastruktur layihələri həyata keçirilir. Bu sırada elektrik enerjisi ilə təminat da diqqət mərkəzində saxlanılır”.
Mənbə : apa.az