Azərbaycan Prezidenti “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Qanuna müştərək sığorta ilə bağlı maddələr əlavə edilib.
Əlavəyə görə, müştərək sığorta – müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi.
Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusudur.
Müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçıdır.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Azərbaycanda kənd təsərüfatı risklərinin müştərək sığorta mexanizmi tətbiq ediləcəkdir. Yaradılacaq müştərək sığortaçıya sığorta şirkətləri üzv olacaqlar.
marja