Prezident İlham Əliyev “Aqrolizinq” ASC-yə 18 milyon manat ayırıb | Banco.az

Prezident İlham Əliyev “Aqrolizinq” ASC-yə 18 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezidentin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8 milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10 milyon manat ayrılıb.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə

APA.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et