Prezident bu rayona pul ayırdı - SƏRƏNCAM | Banco.az

Prezident bu rayona pul ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev avqustun 11-də “Masallı rayonunun Qızılağac kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Masallı rayonunun Qızılağac kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram