“Premium Bank”ın son vəziyyəti məlum oldu | Banco.az

“Premium Bank”ın son vəziyyəti məlum oldu

“Premium Bank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 7 milyon 853 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 36% azdır. “Premium Bank” ötən ilin 1-ci yarısını 12 milyon 256 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin düşməsi ehtimal olunan kredit və depozit itkiləri üzrə yaradılan ehtiyatdan azad olan vəsaitin 5 dəfə azalması ilə bağlıdır. Mühüm olan, Bankın əməliyyat mənfəətinin artmasıdır.

 

CƏMİ GƏLİRLƏRİ ARTIB

2019-cu ilin yanvar-iyun dövründə “Premium Bank”ın cəmi gəlirləri 31 milyon 590 min manat, cəmi xərcləri isə 24 milyon 503 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 7  milyon 87 min manat əməliyyat mənfəəti qalıb. Həmçinin, ehtiyatın 1 milyon 513 min manatı azad olduğundan Bankın mənfəəti 8 milyon 600 min manata yüksəlib. “Premium Bank” mənfəətindən 747 min manat mənfəət vergisi ödəyib.

Ən sərfəli kredit üçün müraciət et

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-iyun dövründə “Premium Bank”ın cəmi gəlirləri 26 milyon 990 min manat, cəmi xərcləri 22 milyon 77 min manat, əməliyyat mənfəəti 4 milyon 912 min manat təşkil etmişdi. Ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılan ehtiyatdan 7 milyon 613 min manat azad olduğundan Bankın xalis mənfəəti 12 milyon 256 min manata yüksəlmişdi.

Beləliklə, ehtiyatlardan azadolma xaric “Premium Bank”ın mənfəəti 44,3% artıb.

 

CƏMİ GƏLİRLƏRİN ARTMASI FAİZ GƏLİRLƏRİNİN ARTMASI HESABINADIR

Bankın faiz gəlirləri ötən ilin 1-ci yarısında 16 milyon 851 min manat ikən, cari ilin eyni dövründə 21 milyon 513 min manat təşkil edib (27,6% artım). Qeyri-faiz gəlirləri isə 10 milyon 139 min manatdan 10 milyon 77 min manata düşüb (cüzi azalma).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et