Bankın maliyyə göstəricilərinə istinadən xəbər verilir ki, 2019-cu ilin yanvar-mart dövründə “Premium Bank”ın cəmi gəlirləri 17 milyon 374 min manat, cəmi xərcləri isə 12 milyon 249 min manat təşkil edib.
Gəlirlər xərcləri üstələdiyindən bankın 5 milyon 125 min manat əməliyyat mənfəəti yaranıb, bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur. Əməliyyat mənfəətinin 2 milyon 771 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrıldığından “Premium Bank” 3 milyon 15 min manat xalis mənfəət əldə edib.
2018-ci ilin yanvar-mart dövründə “Premium Bank”ın cəmi gəlirləri 11 milyon 553 min manat, cəmi xərcləri 9 milyon 943 min manat, əməliyyat mənfəəti 1 milyon 610 min manat təşkil etmişdi. Həmin dövrdə əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyatın 10 milyon 69 min manatı azad olduğundan və gəlirə əlavə edildiyindən Bankın xalis mənfəəti 11 milyon 679 min manat təşkil etmişdi.
Önəmli olan Bankın əməliyyat mənfəətinin artmasıdır. Bu artım, Bankın faiz və qeyri-faiz gəlirlərinin arması ilə bağlıdır. “Premium Bank”ın faiz gəlirləri 2018-ci ilin ilk rübündə 7 milyon 445 min manat ikən, 2019-cu ilin ilk rübündə 10 milyon 948 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 4 milyon 539 min manatdan 6 milyon 426 min manata yüksəlib.
marja