“Premier Credit”in rəhbərliyi dəyişib | Banco.az

“Premier Credit”in rəhbərliyi dəyişib

“Premier Credit” MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.

BOKT-un idarəetmə hesabatına istinadən xəbər verilir ki, bu, Sultan Gündüz oğlu Mirzəyevdir.

O, direktor vəzifəsində Nicat Məhərrəm oğlu Ömrümovu əvəz edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Premier Credit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 310 min manatdır. BOKT-un təsisçiləri 34%-lik payla Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lik payla Validə İlham qızı Əzizova və 33%-lik payla İlahə Ənvər qızı Bəxşəliyevadır. 

Mənbə: Report.az