"Prada" "Versace"ni satın alır | Banco.az

"Prada" "Versace"ni satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tariflərlə bağlı yeniliklərə baxmayaraq, lüks nəhəngi “Prada” başqa bir lüks nəhəng “Versace”ni 1,38 milyard dollara almaq üçün razılığa gəlib.

Banco.az xəbər verir ki, “Prada SpA” İtaliyanın ən böyük moda qrupu kimi mövqeyini gücləndirməyi hədəfləyən bir razılaşma çərçivəsində “Versace”ni 1,38 milyard dollar nağd vəsait qarşılığında satın alır.

İki şirkət tərəfindən verilən açıqlamaya əsasən, milyarder dizayner Miuccia Prada və onun həyat yoldaşı Patrizio Bertelli tərəfindən idarə olunan Milan mərkəzli şirkətin “Versace”ni satın alma əməliyyatının bu ilin ikinci yarısında tamamlanması gözlənilir.

Bu, “Prada”nın 112 illik tarixi ərzində ən böyük satın alma əməliyyatı olacaq və nəticə etibarilə “Versace” yenidən İtaliya mülkiyyətinə qayıdacaq.

“Prada” 1970-ci illərdə Gianni Versace tərəfindən qurulan və dəbdəbəli hazır geyim dizaynları ilə tanınan bu moda evini almaq üçün aylardır danışıqlar aparırdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram